Icma.az
close
up
RU
Kiyev: “Yayda seçkilər barədə söhbətlər sayıqlamadır”

Kiyev: “Yayda seçkilər barədə söhbətlər sayıqlamadır”

Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az bildirir ki, Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak belə açıqlama verib.
“Bu yay Ukraynada seçkilər olmayacaq. Bu tam cəfəngiyatdır. Döyüşlər davam etdiyi bir vəziyyətdə seçkiləri planlaşdırmaq mümkün deyil”, - Andrye Yermak deyib.
Qeyd edək ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü il martın 31-də keçirilməli idi, lakin müharibə səbəbindən buna gedilmədi. Hazırkı prezident Volodimir Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq 2024-cü il mayın 20-də başa çadıb.
Bununla belə, Ukrayna Konstitusiyası və qanunları hərbi vəziyyət şəraitində prezidentin, parlamentin və hökumətin səlahiyyətlərinin dayandırılmamasını nəzərdə tutur ki, ukraynalı siyasətçilərin və cəmiyyətinin əksəriyyəti bunu dəstəkləyirlər.
Amma son vaxtlar informasiya məkanında seçkilərin mümkün tarixləri fəal şəkildə müzakirə olunur. Məsələn, 2025-ci il martın 22-də ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Ukraynanın yaxın vaxtlarda prezident seçkilərinin keçirilməsinə razılıq verdiyini bəyan edib.
“The Economist” nəşri atəşkəsdən sonra 2025-ci ilin iyulunda seçkilərin keçirilə biləcəyini yazıb. Ukraynanın Zelenskidən əvvəlki prezidenti Petro Poroşenko isə 2025-ci ilin fevralında öz mənbələrinə istinadən bildirib ki, president seçkiləri bu il oktyabrın 26-da olacaq.
Bununla belə, müharibənin prioritet olaraq qaldığını vurğulayan Ukrayna prezidentinin ofisi yaxın gələcəkdə seçkilərə hazırlığı rəsmən təkzib edir.
Əgər hərbi vəziyyət, məsələn, 2025-ci il mayın 9-dan sonra aradan qaldırılarsa, o zaman qanuna görə, bir ay ərzində seçkilər təyin olunmalıdır və seçki kampaniyası daha 90 gün çəkəcək. Bu o deməkdir ki, səsvermə 2025-ci ilin avqustundan əvvəl baş tuta bilməz.
- Seçici siyahılarının yenilənməsi, məcburi köçkünlərin və qaçqınların qeydiyyatı, təhlükəsizliyin təmin edilməsi zərurəti ilə əlaqədar hazırlıq işləri qanunla nəzərdə tutulandan daha çox vaxt tələb edəcək”, - Ukraynanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko, öz növbəsində, vurğulayıb.
Lakin ABŞ və bəzi digər Qərb tərəfdaşlarının təzyiqlərinin artması fonunda seçkilər mümkün sülh razılaşmasının bir hissəsi ola bilər. Eyni zamanda, Volodimir Zelenski bildirib ki, səsvermə yalnız “müharibənin qaynar mərhələsi” başa çatdıqdan sonra və bütün ukraynalıların, o cümlədən hərbi qulluqçuların və qaçqınların iştirak edə bilməsi şərti ilə mümkün olacaq.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see326

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see289

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see280

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see280

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see272

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see266

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see259

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see250

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see241

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see231

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see228

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see225

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see221

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see208

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see204

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see203

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see196

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see194

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see191

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri