Icma.az
close
up
RU
Kiyevdə AzərbaycanUkrayna dostluq xiyabanı salınıb

Kiyevdə AzərbaycanUkrayna dostluq xiyabanı salınıb

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanla bağlı dostluq xiyabanı salınıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, "Azərbaycan-Ukrayna" dostluq xiyabanının salınması ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində baş tutub.

Azərbaycanın Ukraynadakı səfirliyi və Kiyev şəhər Administrasiyasının təşkilatçılığı ilə “Natalka” parkında keçirilən ağacəkmə aksiyasında Ukrayna Ali Radasının Ətraf mühit siyasəti və təbiətin idarə edilməsi komitəsinin sədri Oleq Bondarenko, Kiyev şəhər merinin müavini Petro Panteleyev, Azərbaycan diaspor nümayəndələri iştirak ediblər.

Ağacəkmə aksiyasından öncə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bugünkü aksiya ətraf mühitin qorunması üçün birgə fəaliyyətin nə qədər vacib olduğunu nümayiş etdirir:

“Yaşıl şəhərlər həyat, sağlamlıq və davamlı inkişafın simvoludur. Azərbaycan üçün bu il ekoloji təşəbbüslər kontekstində xüsusi əhəmiyyət kəsb edir”.

Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyəti vurğulanıb. “Bu layihə Azərbaycan Prezidentinin Sərəncamına uyğun olaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində həyata keçirilir. Tədbirdə iştirakımız bu məqsədlərə çatmaq yolunda daha bir addımdır. Əminik ki, əməkdaşlığımız Kiyevin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə və Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluğun daha bir simvolu olacaq”, - səfir əlavə edib.

Layihəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən Kiyev şəhər merinin müavini Petro Panteleyev çıxışında qeyd edib ki, xiyabanın salınması iki ölkə arasında dost münasibətlərin bariz nümunəsidir: “Azərbaycan dövləti Ukraynada da yaşıl dünya üçün öz töhfəsini verir”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see339

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see261

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see257

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see217

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see205

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see203

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see198

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see197

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see195

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see194

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see191

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see185

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see182

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see180

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see177

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see175

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see173

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see173

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see172

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri