Kiyevdə daha bir dəhşətli gecə Həlak olanlar arasında uşaq da var
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qış yaxınlaşdıqca, Rusiyanın Ukraynaya hava zərbələri şiddətlənir.
“AzPolitika” xəbər verir ki, ötən gecə Rusiya qüvvələri Ukraynaya “İskander-M/S-400”, “Sirkon/Oniks raketləri və 188 PUA, o cümlədən reaktiv dronlarla hücum edib. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 160 hava hədəfi vurulub. Lakin Kiyev şəhərində və vilayətdə xeyli dağıntı və itkilər var.
Hücumun əsas hədfəfi Kiyev bölgəsi olub. 18 yerdə partlayışlar qeydə alınıb. Hücum hazırda da davam edir.
Ümumiyyətlə, Rusiya Kiyevə zərbələrinin xarakterini dəyişdirib. Artıq dronlar yalnız gecə deyil, gün ərzində dalğalar şəklində həyata keçirilir. Bununla da hava hücumundan müdafiə sistemlərini aşındırır və dinc əhalinin həyatını iflic edir. Artıq son həftədə gündəlik hücumlar nəticəsində 13 Kiyev sakini həlak olub, 160-dan çox insan yaralanıb.
Ötən gecə də itkisiz keçməyib. Ukrayna mediası Rusiyanın Kiyevi ən azı 20 raketlə vurduğunu və hədəflər arasında elektrik paylama infrastrukturunun da olduğunu bildirib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Vışqorod məntəqəsində fərdi evin dağıntıları altından 1 uşağın cəsədi tapılıb. Daha üç nəfər - kişi, qadın və uşaq - dağıntılar altından diri çıxarılıb. Kiyevin özündə iki nəfərin həlak olduğu bildirilir. Hücumlar davam etdiyindən, hələ itkilərin sayı dəqiqləşdirilə bilmir.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 30 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















