Kiyevdə dəhşət: Moskva doğumlu şəxs küçəni qana buladı
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın paytaxtı Kiyevdə silahlı hücum nəticəsində çoxsaylı itkilər qeydə alınıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə ilə bağlı məlumatı Reuters və digər beynəlxalq media qurumları yayıb.
Məlumata görə, insident Kiyevin Holosiivski rayonunda baş verib. Silahlı şəxs əvvəlcə küçədə insanlara atəş açıb. Nəticədə azı 5 nəfər həyatını itirib, 10-dan çox insan yaralanıb.
Hadisədən sonra hücum edən şəxs yaxınlıqdakı supermarketə daxil olaraq bir neçə nəfəri girov götürüb. Əraziyə cəlb olunan xüsusi təyinatlı polis qüvvələri dərhal əməliyyata başlayıb.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları ilə hücumçu arasında təxminən 40 dəqiqə davam edən danışıqlardan sonra xüsusi əməliyyat keçirilib və silahlı şəxs zərərsizləşdirilib.
İlkin məlumatlara əsasən, hücumu törədən şəxs Moskva doğumlu olub və Ukrayna vətəndaşı kimi qeydiyyatda olub.
Hadisənin motivi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırmalar davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 Aprel 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















