Icma.az
close
up
RU
Kiyevdə elektrik enerjisi bərpa olundu Odessa isə qaranlıqda qaldı

Kiyevdə elektrik enerjisi bərpa olundu Odessa isə qaranlıqda qaldı

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya ordusunun oktyabrın 10-na keçən gecə Ukrayna ərazisinə raket və dronlarla endirdiyi kütləvi hava zərbələrindən sonra Ukrayna energetikləri qısa müddətdə ciddi bərpa işləri həyata keçiriblər. 

“AzPolitika.info” xəbər verir ki, enerji şirkəti DTEK şənbə səhəri yaydığı açıqlamada paytaxtda 800 mindən çox ailənin elektrik təchizatının bərpa olunduğunu bildirib.

“Gecə baş vermiş kütləvi hücumdan sonra əsas bərpa işlərini tamamladıq. Paytaxtın 800 mindən çox sakini yenidən işıqlıdır. Hazırda yalnız lokal qəzalar qalır və energetiklər ayrı-ayrı müraciətlər üzrə işləri davam etdirirlər,” – deyə şirkətin məlumatında qeyd olunur.

Kiyev Hərbi Administrasiyası da şəhərdə tramvay və trolleybusların hərəkətinin bərpa olunduğunu açıqlayıb.

Xatırladaq ki, Rusiya oktyabrın 10-na keçən gecə Ukraynanın bir neçə vilayətinə raket və dron hücumları həyata keçirib. Nəticədə bir çox bölgədə elektrik enerjisi təchizatında fasilələr yaranıb, Kiyevdə 17 mərtəbəli yaşayış binası yanıb, elektrik nəqliyyatının – tramvay, trolleybus və metro xətlərinin bir hissəsinin fəaliyyəti dayandırılıb. Şəhərin solsahil hissəsində işıq və su təchizatında da problemlər müşahidə olunub.

Bundan bir gecə sonra – oktyabrın 11-nə keçən gecə Rusiya dronları Odessaya hücum edib. Şəhərin bəzi rayonlarında işıq kəsilib. Odessa Vilayət Administrasiyasının rəhbəri Oleh Kiperin sözlərinə görə, zərbə nəticəsində enerji infrastrukturuna, iki yaşayış binasına və bir otelə ziyan dəyib. Hücum zamanı bir nəfər yaralanıb.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri