Kiyevdə güllə baran altında yaşayan estrada ulduzu: “Müharibə bizi heç vaxt ayırmayacaq”
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Səsi keçmiş Sovetlər İttifaqının hər nöqtəsində dinlənilən və bəyənilən estrada ulduzu Sofiya Rotarunun hazırda harada yaşaması çoxlarını düşündürür.
Mahnıları hələ də dillər əzbəri olan və Rusiya-Ukrayna müharibəsi başlayana qədər səhnələrdən yorulmayan müğənni nadir hallarda ictimaiyyət arasında görünür və haqqında xəbərlər paylaşılır. Buna görə də pərəstişkarlarının marağı təəccüblü deyil:
Rotaru indi haradadır və vəziyyəti necədir?
Bizim.Media xəbər verir ki, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ilk günlərində Sofiya Rotaru Kiyevi tərk etməyəcəyini açıq şəkildə bəyan edib.
Üstəlik, sənətçi paytaxta raket hücumları haqqında məlumat verdi, ölkəsi və xalqı üçün hər gün dua etdiyini söylədi. Bu sözlər onu vətənə sədaqət və dözümlülük simvoluna çevirdi.
Sonra sükut çökdü. Bir neçə ay ərzində onun sosial media səhifələrində heç bir paylaşımı görünmədi. Bu, çoxsaylı şayiələrə səbəb oldu. Rusiya mediası müğənninin "qaçmasını" və ya "laqeydliyini" tirajladı.
Lakin zaman hər şeyi öz yerinə qoydu.
Rotaru səmimi bir müraciətlə medianın diqqət mərkəzinə qayıtdı: o, hələ də Ukraynada yaşadığını dedi və Ukrayna əsgərlərinin ailələri üçün kömək istədi.
Son illərdə Rotaru nadir hallarda müsahibələr verir və ictimai tədbirlərdən yayınmağa çalışır. Bununla belə, xüsusi günlərdə şəkillər paylaşır. Məsələn, həyat yoldaşı Anatoli Evdokimenkonun dəfn olunduğu qəbiristanlıqdan təsirli fotolarını paylaşıb.
Sənətkarın bacısı da bu yaxınlarda Sofiya Mixaylovnanın Kiyevdə yaşadığını təsdiqlədi.
Hazırda iki bacı Ukrayna paytaxtında qalmaqda davam edir və bildirirlər ki, “Müharibə bizi heç vaxt ayırmayacaq”.
Şəfiqə Şəfa, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 03 Yanvar 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















