Kiyevə dəhşətli gecə ilə bağlı xəbərdarlıq: Elə bir hücum olacaq ki…
Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Kiyevdəki səfirliyi yaxın günlərdə, xüsusilə gecə saatlarında Ukrayna paytaxtına qarşı potensial ciddi hava hücumu ehtimalı ilə bağlı məlumat alındığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi saytında bildiriş dərc olunub.
Bəyanatda qeyd olunur ki, hücum istənilən vaxt baş verə bilər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı elan edildiyi halda dərhal sığınacaq tapmağa hazır olmağı tövsiyə edib.
Diplomatik missiya sakinləri hava hücumu sirenlərini qulaqardına vurmamağa, təhlükəsiz sığınacaqlara üz tutmağa, su və zəruri dərman ehtiyatı hazırlamağa, eləcə də məlumat üçün yerli medianı izləməyə çağırıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəyə mümkün hava hücumu ilə bağlı xəbərdarlıq edib. Dövlət başçısı bu gün və sabah hava hücumu sirenlərinə xüsusi diqqət yetirilməsinin və təhlükə zamanı dərhal sığınacaqlara keçilməsinin vacibliyini vurğulayıb. /Globalinfo.az/
Baxış sayı:29
Bu xəbər 09 Yanvar 2026 08:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















