Kiyevə dəhşətli hücum: Çox sayda ölən və yaralı var
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiya ötən gecə Ukrayna paytaxtına növbəti kütləvi hücumu həyata keçirib.
Turkustan.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, hücum zamanı həm reaktiv dronlardan, həm də qanadlı və ballistik raketlərdən istifadə olunub.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən paytaxtda hücum nəticəsində dörd nəfər ölüb, 23 nəfər yaralanıb. Xilasedicilərin məlumatına görə, paytaxtın Svyatoşinski, Darnitski və Solomyanski rayonlarında zərbələr, ziyan və yanğınlar qeydə alınıb.
Atılan atəş nəticəsində yaşayış binalarının və tibb müəssisəsinin pəncərələri sındırılıb, avtomobillərdə, qarajlarda və mağazada yanğınlar baş verib.
Kiyev Dövlət Fövqəladə Hallar Xidməti təcili yardım xidmətlərinin nəticələrin aradan qaldırılması üzərində işlədiyini bildirib. Hazırda şəhərdə hava hücumundan müdafiə qüvvələri hücumları dəf edir. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















