Kiyevə hücumlar davam edir...
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İyulun 16-na keçən gecə Rusiya ordusunun ballistik raketlərlə Kiyevə endirdiyi zərbələr nəticəsində paytaxtın iki rayonunda dağıntılar qeydə alınıb, ölənlər var.
Bakıvaxtı.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, hücum nəticəsində Kiyevin Darnitski rayonunda inzibati və anbar binalarında, eləcə də yük avtomobillərində yanğınlar baş verib. Hadisə zamanı iki nəfər həlak olub, biri uşaq olmaqla daha iki nəfər yaralanıb.
Svyatoşin rayonunda isə anbara endirilən zərbədən sonra yanğın qeydə alınıb. Nəticədə üç nəfər xəsarət alıb.
Hazırda xilasedicilər hücumun fəsadlarının aradan qaldırılması istiqamətində işləri davam etdirirlər. Zərərçəkənlərin sayı ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 İyul 2026 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















