Kiyevə kütləvi hava zərbələri: 4 nəfər həlak olub, 20 dən çox insan yaralanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Kiyev, 28 avqust, AZƏRTAC
Rusiyanın Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.
Kiyevin Darnitski rayonunda ən azı altı obyektə, o cümlədən 5 və 16 mərtəbəli binalara, həmçinin fərdi evə və uşaq bağçasına ziyan dəyib.
Kiyevdə hava hücumu 9 saatdan çox davam edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Kiyevə çoxkambinasiyalı hücum: 4 nəfər həlak olub, 20 nəfər yaralanıb
06 İyun 2025 11:08
Rusiya ordusu Kiyevə zərbələr endirdi: 4 nəfər öldü, 20 dən çox yaralı var
28 Avqust 2025 09:03
Rusiya Ordusu Kiyevə kütləvi raket və dron zərbələri endirib, 4 nəfər ölüb
28 Sentyabr 2025 11:13
Kiyevə kütləvi hava zərbələri: Zelenski dünyaya çağırış edib
28 Avqust 2025 12:17
Kiyevə raket zərbələri: 32 nəfər öldü
02 Avqust 2025 21:16

