Kiyevə kütləvi hava zərbələri endirilir, ölən və xəsarət alanlar var
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Kiyev, 14 may, AZƏRTAC
Rusiya ordusu mayın 14-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirir.
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilməkdədir, hava hücumundan müdafiə sistemi aktiv işləyir. Hava hücumu zamanı ballistik və qanadlı raketlərdən və zərbə dronlarından istifadə edilir. Kiyevin bir çox ərazilərində dağıntılar qeydə alınıb.
Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində yeddi rayonda dağıntılar qeydə alınıb. Evlərə və hündürmərtəbəli binalara, avtomobillərə, qeyri-yaşayış obyektlərinə ziyan dəyib. Darnitski rayonunda yaşayış binasındakı tikililər uçub. İnsanlar dağıntılar altında qalıb. Hazırda Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün səfərbər olublar.
Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə məlumat verib ki, paytaxta edilən hava hücumu zamanı 16 nəfər xəsarət alıb, bir nəfər həlak olub.
Hazırda hava həyəcanı siqnalı davam edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 14 May 2026 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















