Kiyevə milyardlarla avroluq hərbi yardım edildi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2026-cı ilin iyun ayında Ukrayna beynəlxalq tərəfdaşlarından 7,2 milyard avro məbləğində hərbi yardım alıb. Bu, ABŞ maliyyələşdirməsinin dayandırılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.
"Bakupost" bu barədə "Euractiv" nəşrinə istinadən xəbər verir.
Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, iyun ayında ayrılan yardımın həcmi 2024-cü ilin aprelindən bəri ən yüksək göstərici olub. Həmin vaxt Ukrayna 9,04 milyard avro məbləğində hərbi yardım almışdı. İndiki göstərici, həmçinin Rusiyanın tammiqyaslı müdaxiləsinin başlanmasından bəri aylıq hərbi dəstəyin həcminə görə üçüncü ən yüksək nəticə olub.
Artımın əsas səbəbi Avropa İttifaqının (Aİ) yeni maliyyələşdirməsi olub. May və iyun aylarında Avropa təsisatları Ukraynaya dəstək üzrə Aİ krediti çərçivəsində 4,3 milyard avro məbləğində hərbi yardım ayırıblar.
Bu mövzuda digər xəbərlər:Kiyevə 20 milyard avroluq yardım paketinin hazırlanması dayandırıldı Kiyevə 20 milyard avroluq yardım paketinin hazırlanması dayandırıldı
04 Mart 2025 12:47
Amsterdam Kiyevə yardım üçün milyardlarla avro ayırmağı planlaşdırır
26 Dekabr 2024 18:19
Buxarest Kiyevə hərbi yardım göndərib
27 Avqust 2025 19:58
Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
21 Noyabr 2024 09:42
Macarıstan Kiyevə hərbi yardım sənədini bloklayır
03 Mart 2025 11:27
Baxış sayı:80
Bu xəbər 13 Avqust 2026 22:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















