Icma.az
close
up
RU
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram” Tramp

“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram” Tramp

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə cümə günü keçirdiyi telefon danışığında Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımadığını bildirib. 

Bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Qəzetinin yazdığına görə, bu məlumat sözügedən danışıqlarla tanış mənbələrə istinadən verilib. Trampın Zelenskiyə dediyinə görə, ötən ay ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbədən sonra Pentaqonun sursat ehtiyatlarının yoxlanılması barədə göstəriş verib, lakin silah tədarükünün dondurulması barədə birbaşa əmr verməyib.

Ağ Evin mətbuat katibi Karolin Livitt isə bazar ertəsi keçirdiyi brifinqdə bildirib ki, silah ehtiyatlarının yoxlanılması əmri yeni təyin olunan müdafiə naziri Pit Heqset tərəfindən verilib. Onun sözlərinə görə, məqsəd ABŞ-dən kənara çıxan hərbi yardımın ölkənin milli maraqlarına uyğun olmasını təmin etməkdir.

Mənbələrin məlumatına görə, Tramp Zelenskiyə ABŞ-nin Ukraynaya “bacardığı qədər çox hərbi yardım göstərəcəyini” də vəd edib.

Pentaqonun nümayəndəsi bildirib ki, Birləşmiş Qərargah Rəisləri Komitəsi Ukraynaya dondurulmuş yardımın vəziyyəti ilə bağlı qiymətləndirməni artıq başa çatdırıb. Komitənin rəhbər, general Den Keyn, müdafiə naziri P. Heqsetə silah tədarükünün bərpası ilə bağlı tövsiyə hazırlayır.

"The Wall Street Journal" yazır ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası silah yardımının gələcək taleyini müəyyənləşdirmək üçün çərşənbə axşamı toplanacaq.

Eyni zamanda, "Politico" nəşri yazıb ki, ABŞ Ukraynaya bəzi silah tədarüklərini bərpa edə bilər. Bu məsələ ABŞ-nin xüsusi nümayəndəsi Kit Kelloqun Ukrayna müdafiə nazi ilə bu və gələn həftə keçirəcəyi görüşlərdə müzakirə olunacaq.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyul 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri