Kiyevin 800 milyard dollarlıq “rifah planı”nın təfərrüatı açıqlandı
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ və Avropa İttifaqı atəşkəsdən sonra Ukraynanın yenidən qurulmasına kömək etmək üçün dövlət və özəl fondlardan 800 milyard dollar toplamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" 18 səhifəlik sənədə istinadən məlumat yayıb:
"Sənəddə Ukraynanın bərpasını və AB üzvlüyünə sürətləndirilmiş yolu təmin etmək üçün on illik plan əks olunub. Üç AB rəsmisi və diplomatının sözlərinə görə, Avropa Komissiyası liderlərin sammitindən əvvəl hər kəs sənədlə tanış olub".
Sənədə görə, maliyyələşdirmə strategiyası 2040-cı ilə qədər davam edəcək.
Sənəddə ABŞ donor kimi deyil, Ukraynanın bərpası üçün strateji iqtisadi tərəfdaş, investor və "etibar lövbəri" kimi təqdim olunur. Amerika şirkətlərinin prosesdə birbaşa iştirakı nəzərdə tutulur və ABŞ "özəl kapitalın səfərbərçisi" kimi çıxış edir.
Sənəddə deyilir ki, növbəti on il ərzində Avropa İttifaqı, ABŞ və Beynəlxalq Valyuta Fondu və Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə qurumları dövlət və özəl kapitala 500 milyard dollar xərcləmək öhdəliyini götürüblər.
Avropa Komissiyası 2028-ci ildən başlayaraq yeddi illik büdcənin bir hissəsi olaraq Kiyevə büdcə dəstəyi və investisiya zəmanətləri şəklində əlavə 100 milyard avro ayırmaq niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 23 Yanvar 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















