Icma.az
close
up
RU
Kiyevin gerbində olan iki bıçaq və ortasındakı müqəddəs qopuz türklüyün simvoludur Deputat

Kiyevin gerbində olan iki bıçaq və ortasındakı müqəddəs qopuz türklüyün simvoludur Deputat

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Prezident İlham Əliyev mayın 25-də Ukraynanın xarici işlər naziri Andrey Sibiqanı qəbul edib. Nazir Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Dövlət başçımız isə Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini qeyd edib.

Ukrayna və Rusiya müharibəsinin gedişatında Azərbaycanın Ukraynaya dəstəyi gələcək aspektdə əlaqələrin inkişafına necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan-Ukrayna münasibətlərinin çox dərin, mədəni kökləri var. Onun sözlərinə görə, hazırkı mərhələdə bu münasibətlər milli maraqlar əsasında qurulan münasibətlərdir və istisnasız olaraq beynəlxalq hüquqa söykənən münasibətlərdir:

"Buna görə də Azərbaycan daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Ukrayna isə 30 illik işğal dövründə bütün beynəlxalq təşkilatlarda və ikitərəfli münasibətlərdə həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ukrayna xarici işlər nazirinin Azərbaycana səfəri zamanı Azərbaycan bir daha beynəlxalq hüquq prinsiplərinə sadiq qaldığını vurğulayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Əlbəttə ki, belə prinsipial mövqe Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən yüksək qiymətləndirildi. Amma bu məsələnin hamısı deyil".

Deputat qeyd etdi ki, Azərbaycan və Ukrayna xalqları arasında tarixi, dərin köklərdən gələn etnik qohumluq münasibətləri də var.

"Albaniyanı tərk edən xristian qıpçaqların böyük əksəriyyəti Dəşt-i Qıpçaqa köç etdilər. Xəzər türklərinin böyük əksəriyyəti hazırkı Ukrayna ərazisindəki Dəşt-i Qıpçaqın qərb hissəsinə köç etdilər. Beləliklə, bugünkü Ukrayna xalqının etnogenezisində mühüm rol oynadılar. 1600-cü illərə qədər, Ukrayna Çar Rusiyası tərəfindən işğal edilənə qədər, Ukraynada insanlar türk dilində danışırdılar. Müəyyən təzyiqlər əsasında dil ictimai ünsiyyət vasitəsi kimi aradan çıxdısa da, ancaq 1917-ci ilə qədər bütün xristian kilsələrində yenə də ibadət dili ilkin orta əsrlərdə Azərbaycan Albaniya dövlətində danışılan dil idi. Bu gün arxivlərdə minlərlə belə sənədlər var. Çox yaxşı ki, həmin dövrə aid dil nümunələri folklor nümunəsi kimi bu gün də Ukraynada saxlanmaqdadır.

Kiyevin gerbində olan iki bıçaq və ortasındakı müqəddəs qopuz türklüyün simvoludur. Ukraynanın bayrağında olan mavi göy və sarı günəş tanrıçılıq inancı deməkdir. Ukrayna və Azərbaycan münasibətlərinin bu qədər dərin kökləri var. Əlbəttə ki, Azərbaycan Prezidenti daim Ukraynaya bu ağır mərhələdə humanitar yardım göstərmək qətiyyətini nümayiş etdirib. Bu gün də, bundan sonra da Azərbaycanın Ukraynaya humanitar yardımı davam edəcək. Azərbaycan prezidentinin bu mövqeyi bütün sülhsevər ictimaiyyətdə, o cümlədən Ukraynada böyük təqdirlə qarşılanır. Düşünürəm ki, Ukraynada müharibə bitdikdən sonra Azərbaycan-Ukrayna münasibətlərinin daha da dərinləşməsi üçün perspektivlər və imkanlar var. Biz bunun real həyata keçirilməsinə şahidlik edəcəyik", - deyə H.Babaoğlu bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 May 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri