Kiyevin məşhur kitab bazarı raket zərbələri ilə məhv edilib
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya ordusunun avqustun 16-na keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində "Poçayna” metro stansiyası yaxınlığındakı məşhur kitab bazarı ciddi dağıntılara məruz qalıb.
UNIAN-ın məlumatına görə, əvvəllər "Petrovka” kimi tanınan bazarın bir neçə ticarət sırası tamamilə yanıb, çoxsaylı obyektlərin şüşələri sınıb. Kiyev Şəhər Şurasının deputatı Taras Krivoruçkonun sözlərinə görə, bazardakı ticarət köşklərinə üç raket düşüb.
Yanğın təxminən 2 min kvadratmetr ərazini əhatə edib. Zərbə nəticəsində "Poçayna” metro stansiyasının girişi və yaxınlıqdakı ticarət obyektləri də zədələnib.
Hadisə yerində yanğının nəticələrinin aradan qaldırılması davam edir. Bəzi pavilyonlardan hələ də tüstü qalxır, ərazidə yanmış kağız və plastik qoxusunun hiss olunduğu bildirilir.
Nəşriyyat və kitab sektorunun nümayəndələri bazarın məhv edilməsini Kiyevin mədəni həyatında "bir dövrün sonu” kimi qiymətləndiriblər.
///apa.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 16 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















