“Kızılcık Şerbeti”nin aktrisasına cinayət işi açıldı KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bir müddət öncə narkotik maddə qəbul edərkən saxlanılan “Kızılcık Şerbeti” serialının aktrisası Feyza Civelek barəsində cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilir ki, aylar öncə Feyza Civelek narkotik satıcısı Selçuk Ç. O. ilə görüşərkən polis tərəfindən saxlanılıb. Məhkəmədə Selçuk narkotiki aktrisa ilə birlikdə qəbul edəcəyini və 10 ildir narkotik aludəçisi olduğunu etiraf edib. O, Feyzanı günahlandıraraq ona görə polislər tərəfindən saxlanıldığını bildirib. Sonda məhkəmə onun 15 il həbsinə və pul cəriməsi tətbiq edilməsinə qərar verib.
Aktrisa barəsində isə narkotik maddə saxlamaq ittihamı irəli sürülərək, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda cinayət işi başlanılıb.
Qeyd edək ki, aktrisa “Kızılcık Şerbeti”ndə “Nilay” obrazını canlandırır.//Qafqazinfo



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 28 Noyabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















