Icma.az
close
up
RU
Kler Miranda: İqlim maliyyələşdirilməsi ildə 5 trilyon dollara qədər artırılmalıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Kler Miranda: İqlim maliyyələşdirilməsi ildə 5 trilyon dollara qədər artırılmalıdır Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az bildirir, Baku.ws portalına istinadən.

İqlim maliyyələşdirilməsi iqlim dəyişmələri ilə mübarizədə mühüm rol oynayır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Bakıda COP29 çərçivəsində "İqlim ədaləti naminə qlobal kampaniya" mövzusunda keçirilən konfransda bildirilib.

Spikerlər inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri və birinci dünya ölkələrinin iqlim problemlərinin həllinə kifayət qədər vəsait yatırmaq istəməməsi məsələsini müzakirə ediblər.

"İnkişaf etmiş ölkələr dünya ictimaiyyətinin diqqətini dövlət iqlim maliyyəsi məsələsindən yayındırır. İqlim sammitlərində maliyyələşdirmə və inkişaf etmiş ölkələrin üzərinə götürməli olduğu məsuliyyət məsələsini müzakirə etməmək mümkün deyil", - "Üçüncü dünya şəbəkəsi" təşkilatının nümayəndəsi Mina Raman bildirib.

Onun fikrincə, bu, qlobal cənub üçün ən əsas məsələdir.

Öz növbəsində, Asiya Borc və İnkişaf üzrə Xalq Hərəkatının (APMDD) nümayəndəsi Kler Miranda vurğulayıb ki, iqlim maliyyələşdirilməsi ildə 5 trilyon dollara qədər artırılmalıdır, çünki indiki həcm kifayət deyil.

"Bu 5 trilyon təkcə təsirlərin yumşaldılmasını və adaptasiyanı deyil, həm də itki və zərərin ödənilməsini əhatə etməli, eləcə də keçid dövrünü nəzərə almalıdır. İtki və zərər ikinci plana keçirilə və ya çoxtərəfli inkişaf banklarının üzərinə qoyula bilməz", - o bildirib.

Spikerlər, həmçinin Paris Sazişinin karbon kreditləri haqqında 6-cı maddəsinə aid məsələlərə də toxunublar.

"IBON International" iqlim ədaləti proqramının nümayəndəsi Caks Bonqon qeyd edib ki, karbon maliyyələşdirilməsi və ya bazarlardan əldə edilən maliyyə iqlim maliyyələşdirilməsi deyil. O, bunu inkişaf etmiş ölkələrin karbon bazarlarından iqlim töhfələrindən yayınmaq üçün istifadə etməsi ilə izah edib ki, bu da qlobal cənub ölkələrinə mənfi təsir göstərir.

"İqlim maliyyələşdirilməsi dəstəkləməli olduğu icmalara zərər verən mexanizmlər hesabına həyata keçirilməməlidir", - nümayəndə əlavə edib.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://baku.ws
archiveBu xəbər 11 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see461

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see395

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see370

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see367

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see339

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see325

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see324

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see321

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see317

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see304

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see293

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see288

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see278

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see276

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see267

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see265

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see261

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see260

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see250
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri