Icma.az
close
up
RU
Klinika 37 yaşlı kişini necə öldürüb? Xanımı danışdı

Klinika 37 yaşlı kişini necə öldürüb? Xanımı danışdı

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, yanvarın 21-də Ceyhun Akif oğlu Süleymanov müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, mərhumun həyat yoldaşı müraciət ünvanlayıb və Ceyhun Süleymanovun ölümü ilə bağlı bəzi məlumatları paylaşıb.

“Yoldaşım 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də səhər saatlarında Bakıxanov qəsəbəsində yerləşən “Stimul” klinikasına müayinə üçün müraciət edir. Orada olduğu müddətdə təzyiqi aşağı düşür və oranın həkimləri onun özünü dərman almaq üçün aptekə göndərirlər. Yoldaşım “Stimul” klinikasına müayinə olunmaq məqsədilə gedib. Klinikada narkoz həkimi olmadığı üçün onu həmin ərazidə yerləşən “Medilife” klinikasına yönləndirirlər. Həmin klinikada heç bir analiz edilmədən, həkim yoxlanışı aparılmadan dərhal yoldaşımın bağırsağını 3-4 dəfə yuyurlar.

Günorta saat 14:00-15:00 radələrində yoldaşım anasına zəng edib deyib ki, klinikadadır və vəziyyəti yaxşıdır, bağırsaqları tam yuyulandan sonra evə qayıdacaq. Hətta həmin ərəfədə palatada özünü videoya da çəkib. Daha sonra ondan xəbər alınmır. Onunla gedən dostunun dediyinə görə, evlə danışandan sonra yenə bağırsağı yuyulur və bundan sonra klinikanın dəhlizində həkimlər təşvişlə ora-bura qaçırlar ki, bəs, xəstə ayılmır.

21.01.2025 tarixindən bu günə qədər bizə yoldaşımın hansı səbəbdən dünyasını dəyişməsi barədə həmin klinikadan məlumat verilməyib. Aidiyyəti qurumlardan, xüsusilə yoldaşımın ölümü ilə əlaqədər bu işi aparan Sabuncu Rayon Prokurorluğu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB-dən və ümumiyyətlə bu işlə bağlı araşdırma apara biləcək qurumlardan artıq dərəcədə təvəqqe edirəm ki, iki azyaşlı övladım və mərhum yoldaşımın hər iki xəstə valideyni ilə düşdüyümüz naəlac vəziyyətimizə etinazsız və laqeyd yanaşılmasın. Bu ölüm işində təqsirkar və səbəbəkar olan hər kəs araşdırılaraq cəzalandırılsın.

Mənim səhhətimlə bağlı problemlərim var, heç bir yerdə işləmirəm. Qayınatam və qayınanam ağır xəstədir. Evimizdə yeganə işləyən şəxs yoldaşım idi. Aidiyyəti qurumlardan çox xahiş edirəm ki, mənə kömək edəsiniz ki, 11-12 yaşlı övladlarımın gözüyaşlı qalmalarının səbəbkarlarının kimliyi müəyyənləşsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Yanvar 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri