Icma.az
close
up
RU
Klinikadan paylaşdığı bu VİDEODAN sonra dünyasını dəyişdi Ceyhunun anası şikayətçidir

Klinikadan paylaşdığı bu VİDEODAN sonra dünyasını dəyişdi Ceyhunun anası şikayətçidir

Bizim media saytına istinadən Icma.az xəbər verir.

1988-ci il təvəllüdlü Süleymanov Ceyhun Akif oğlunun yanvarın 21-də müalicə aldığı “Medilife” klinikasında dünyasını dəyişməsi barədə xəbər vermişdik. 
Bizim.Media xəbər verir ki, mərhumun anası Afayət Süleymanova “musavat.com”la əlaqə saxlayaraq hadisənin təfərrüatı barədə danışıb. 
 

MÖVZU İLƏ BAĞLI:
“Medilife” klinikasında ölüm - Bağırsaq yuyulması üçün getmişdi... – FOTO


Onun sözlərinə görə, oğlu Ceyhun Süleymanov babasildən əziyyət çəkdiyi üçün “Stimul” klinikasına müraciət edib. Orada həkim Ləman Xasıyevanın qəbulunda olub. 
“Müayinə üçün “Stimul”a getmişdi. Ordan mənə zəng etdi. Dedi ki, təzyiqi olduğu üçün həkim ona iynə vurmağı təklif edib. İynəni də Ceyhun özü alıb gətirib. “Stimul”da iynəni vurduqdan sonra Ləman Xasıyeva oğluma deyib ki, burada narkoz yoxdur. Ona görə də Ceyhundan “Medilife” klinikasına getməsini istəyib. Ceyhun gedəndən sonra Ləman Xasıyeva da ora gəlib. Yolda Ceyhun mənimlə yenə danışdı”, - deyə mərhumun anası qeyd edib. 
Afayət Süleymanova deyib ki, oğlu “Medilife” klinikasında olan zaman onunla yenidən əlaqə saxlayıb və yaxşı olduğunu bildirib: 
“Mənə dedi ki, 3-4 dəfə bağırsaqlarını yuyublar və hər şey qaydasında olub. Deyirdi ki, mama, çox rahatlamışam. Hətta klinikada olanda video da çəkmişdi. Ayaq üstə dayanıb, sağlam, özündə olan adam. Bir saat içində nə ola bilərdi?” 
Ailəsi sonuncu danışıqdan sonra Ceyhun Süleymanovdan xəbər ala bilməyib. Bir neçə saat sonra onlara zəng edərək Ceyhunun dünyasını dəyişdiyini deyiblər: 
“Mən xəstə adamam. Ona görə də mənə bu barədə heç nə deməyiblər. Klinikada olanda Ceyhunun yanında iş yoldaşının oğlu olub. Onun sözlərinə görə, birdən həkimlər koridorda qaçmağa başlayıb. O da nə baş verdiyini soruşanda deyiblər ki, xəstəni ayılda bilmirik. Hadisəni biləndən sonra kürəkənim və Ceyhunun əmisi oğlanları klinikaya gediblər. Görüblər ki, mərhumu palataya uzadıblar. Yanında da heç kim olmayıb. Oradan Sabunçuya, morqa aparıblar”. 
Afayət Süleymanova bildirib ki, oğlunun ölümündən sonra nə həkim, nə də klinikadan kimsə onlara məlumat verib. Sadəcə, polisdə olan zaman həkim Ləman Xasıyevanın dediyi ilk məlumatdan xəbər tutublar. 
“Müstəntiq bizə dedi ki, həkim Ləman Xasıyevadan izahat alıblar. Həkim izahatında deyib ki, Ceyhuna kofein vurublar. Deyiblər ki, təzyiqi düşüb. Oğlum özündə olub. Yaxşı, təzyiqi düşmüşdüsə, niyə müayinə edə bilməyiblər? İndi oğlumun ölümündən sonra deyirlər ki, təzyiqi düşüb. Ceyhuna iynə də aldırıblar. Sonra da həmin iynəni vurublar. Buradan aydın olur ki, həqiqəti demirlər. Nəyisə gizlədirlər. Sağlam adamın birdən-birə təzyiqi niyə düşdü? 
İndi biz bilmirik ki, oğluma nə vurublar, nə ediblər. Bundan sonra da ayılmayıb. Ətraflı heç nə bilmirik. Ekspertizanın cavabının bir ay sonra çıxacağı deyilir. Ceyhunun ölümünə səbəb olanların layiqli cəza almasını, işin ədalətli araşdırılmasını tələb edirik. Bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəyik”, - deyə A.Süleymanova açıqlamasına əlavə edib. 
Qeyd edək ki, mərhumun iki övladı olub. 
Klinikadan bildirilib ki, hazırda mövzu ilə bağlı sualları cavablandıracaq məsul şəxs yoxdur. 

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Yanvar 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri