Klinikanın önündə parkinq üstündə mübahisə: Sən azərbaycanlı deyilsən? VİDEO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Nəsimi rayonunda sürücülər arasında mübahisə yaranıb.
Avtosfer.az xəbər veriri ki, “Referans” klinikasının qarşısında avtomobil dayanacağı üstündə iki sürücü arasında insident baş verib. Təqdim edilən görüntülərdən də aydın olur ki, son zamanlar sürücülər parkinq problemindən əziyyət çəkirlər.
Baş verən hadisə zamanı 10-XF-100 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yolun ikinci zolağında dayanaraq boşalacaq parkinq yerini gözləyib. Lakin həmin an başqa bir sürücü çoxdan həmin yerdə gözlədiyini əsas gətirərək boşalan sahəyə daxil olub. Bu vəziyyət “Mercedes” sürücüsünün narazılığına səbəb olub. Gərginlik artdıqca tərəflər arasında emosiyalar yüksəlib. “Mercedes” sürücüsü qarşı tərəfə yaxınlaşaraq qarşılıqlı mübahisə yaranmasına səbəb olub. Digər sürücü qeyd edib ki, ən çox qəzəb doğuran məqam isə onun “sən azərbaycanlı deyilsən” sözləri olub.
Tərəflərin arasında fiziki toqquşma baş verməsə də, qarşılıqlı ittihamlar və xoşagəlməz sözlər işlədilib. Belə hallar isə bir daha göstərir ki, paytaxtda parkinq problemi təkcə yol hərəkəti qaydaları ilə yox, həm də sürücülərin davranış mədəniyyəti ilə bağlı ciddi müzakirə tələb edir.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















