Icma.az
close
up
RU
Kliniki Tibbi Mərkəzdə bəzi əməliyyatların icrası DAYANDIRILIB

Kliniki Tibbi Mərkəzdə bəzi əməliyyatların icrası DAYANDIRILIB

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kliniki Tibbi Mərkəz ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Oxu.Az-a danışan Aysel Həsənova qeyd edib ki, valideyninin əməliyyatı günlərdir, icra olunmur.

O, şikayətini belə izah edib:

"Anam 2024-cü il 9 oktyabr tarixində Kliniki Tibbi Mərkəzdə əməliyyat keçirib. 4 aprel 2025-ci il tarixində yenidən əməliyyat üçün xəstəxanaya müraciət etsək də, adıçəkilən xəstəxananın sterilizasiya aparatlarının 4 gündür işləmədiyi üçün əməliyyatı icra etməyəcəklərini qeyd etdilər. Aparatların hansı səbəbdən işləmədiyi barədə bizə məlumat verməyiblər.

Bülleten tarixininə əsasən, anam 8 aprel tarixində əməliyyat olunmalıdır. Müraciət etdikdə isə bizə qeyd olunan tarixə kimi aparatların bərpa olunub-olunmamasının məlum olmadığını dedilər. Hazırda Kliniki Tibbi Mərkəz yalnız təcili yardım üçün gələn xəstələri qəbul edir. Anam günlərdir, dözülməz ağrılardan əziyyət çəkir.

Necə olur ki, xəstəxanada əməliyyat olunası adamı gözlədirlər? 8 aprel tarixinə kimi aparatları işə düşəcəkmi? Belə bir problem varsa, 4 gündür, niyə həll edilmir?"

Məsələyə aydınlıq gətirmək üçün Kliniki Tibbi Mərkəzə üz tutduq.

Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, avtoklav sterilizasiya aparatında yaranmış texniki nasazlığa görə bir sıra travmatoloji əməliyyatların icrasında müvəqqəti fasilə yaranıb:

"Sözügedən avtoklav aparatının təmiri prosesinə artıq başlanılıb, növbəti həftədən etibarən tam funksional vəziyyətə gətiriləcək və əməliyyatların icrasına başlanılacaq".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri