Icma.az
close
up
RU
Klopp “Leyptsiq”i çalışdırmayacaq

Klopp “Leyptsiq”i çalışdırmayacaq

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Yürgen Klopp “Red Bull” şirkətinin Avstriyanın Zaltsburq şəhərindəki mənzil-qərargahında keçirilən mətbuat konfransında bir çox aktual mövzularla bağlı fikirlərini jurnalistlərə çatdırıb.
Yeni işi…
Məşqçilik etməyi xoşladığımı həmişə demişəm. Lakin min oyun və mətbuat konfransından sonra özümü yeni bir işdə sınamaq istədiyimi anladım. İndi mənim fantastik komandam var. Mario Qomes (Almaniya yığmasının sabiq hücumçusu – red.) bu komandanın üzvlərindən biridi. Məşqçi kimi çalışarkən strateji inkişafa da diqqət yetirirdim. İnfrastruktur və mədəniyyət ilə həmişə maraqlanmışam. Bunlar klubda həmişə yaxşılaşdırılması mümkün olan amillərdi. Və hərdən bu planda yeni adamın baxışına ehtiyac duyulur. Karyeram ərzində işlədiyim hər klub mənim gəlişimdən gedişimə qədər dəyişmə prosesindən keçib. İstəsəniz, məni “futbolun həkimi” adlandıra bilərsiz. Mən lazım olduğum yerdə kömək edirəm.
…“Red Bull”a daxil olan klubların tənqidi…
“Leyptsiq”in “Verder” ilə oyununa yollandım və stadiona 47 min azarkeşin gəldiyini öyrəndim. Onlardan 42 mini “Leyptsiq”ə azarkeşlik edirdi. Öz-özümə “məgər onlar yaxşı futbola layiq deyillər” sualını verdim. Və yalnız Leyptsiqdə yoxl, burda – Zaltsburqda, həmçinin “Red Bull”a daxil olan klubların çıxış etdiyi Nyu York, Yaponiya və Braziliyada da vəziyyətin yaxşıya doğru dəyişməsi niyə də olmasın?! Futbolun regiona sevinc bəxş etməsini çox xoşlayıram.
…məşqçi işi…
Mən “Leyptsiq”i və ya “Red Bull”a daxil olan hər hansı digər klubu çalışdırmayacağam. Sizə bununla bağlı bacardığım qədər zəmanət verirəm: mən burda məşqçi kimi işləməyəcəyəm. Ümid edirəm ki, bu sualın aktuallıq qazanmamasına şərait yaradan sistemi qura biləcəyik.
…“Liverpul”un hazırkı uğurları…
Sabiq komandamın işlərinin yaxşı getməsinə çox sevinirəm. Arne (komandanın hazırkı baş məşqçisi Slot – red.) və bir çox futbolçularla arabir yazışıram. Onlara uğurlar diləyirəm. Komandanın oyunlarına imkan daxilində baxıram.
Yeri gəlmişkən, hamıya “Liverpul”un matçlarını izləməyi məsləhət görürəm. Hətta onlara azarkeşlik etməsəniz belə, bunu edin. Çünki “Liverpul” əla futbol sərgiləyir. Bu, çox güman, indi dünyanın ən balanslaşdırılmış komandasıdı.
…“Liverpul”un ulduzlarının müqavilələri…
Artıq “Liverpul”da işləmədiyimə və sizin bir sıra oyunçuların müddəti başa çatmaqda olan müqavilələri haqda daimi suallarınızı cavablamadığıma görə şadam (Vircil van Diyk, Trent Aleksander-Arnold və Məhəmməd Salahın müqaviləsi mövsümün sonunda qüvvədən düşəcək – red.). Sizə verə biləcəyim yeganə cavab bu məsələnin uğurla həllini tapması olacaq. Hər üç oyunçunun müqaviləsini yeniləməsini istərdim, amma məsələnin detalları haqda heç nə bilmirəm. Onlar mənə heç nə deməyiblər. Onlardan bu haqda soruşa bilərəm.
… Aleksander-Arnold…
Kiminsə Trentin müdafiədəki oyununu hələ də müzakirə etməsinə inana bilmərəm. Yaxşıdı ki, bu, artıq məni qayğılandıran məsələ deyil. Mətbuat konfranslarında Arnedən bu haqda bir neçə dəfə soruşulduğunu bilirəm. Mənim reaksiyam? Onlar nə üçün indiyədək anlaya bilməyiblər?! Bəli, Trent “Mançester Yunayted”ə qarşı o qədər də yaxşı oynamadı. Amma gəlin, bu səs-küyü Trentin yaxşı oyunlarından sonra da salın.
…Salah…
Onun komandada qalacağına ümid edirəm. Salah müasir futbolun böyük hücumçusudu. Fantastik adamdı. Misirin ölkə xaricində ola biləcək ən yaxşı səfiridi. Fantastik idmançıdı.
…yenilənmiş KDÇ…
“Zaltsburq”un formatı yenilənən Klublararası Dünya Çempionatında (KDÇ) iştirak edəcəyini bilirəm. Amma bu turniri xoşladığımı soruşsaz, “yox” cavabını verərəm. Ona görə ki, KDÇ yeni formatı ilə faydasız yarışdı, bizi yay tətilindən məhrum edəcək. Kuboku qazanan komanda ən bədbəxt çempion olacaq. Çünki həmin komanda yayboyu rəsmi oyun keçirəcək və az müddət sonra yeni mövsüm başlayacaq. Avropa futbolu onsuz da zədə problemi içindədi.
Fikrimcə, elə bir vaxt gələcək ki, matçların sayını azaltmağa məcbur olacağıq. Və ya komandaların heyətini genişləndirmək lazım gələcək. Başqa çıxış yolu yoxdu. Hərdən gec-gec gördüyün nəsə sənə daha xoş görünür.
…və MS-nin mümkün cəzalanması haqda
“Mançester Siti”nin son illər qazandığı bütün titulları “Liverpul”a versələr, bunu bayram etməyi düşünən hər kəsə Malyorkaya bilet sifariş etməyi məsləhət görərəm (Böyük Britaniya mənbələri artıq uzun müddətdi MS-nin çox sayda maliyyə qaydalarını pozduğu üçün ağır sanksiyalara məruz qalacağını xəbər verir – red.). Birlikdə şadyanalıq edəcəyim hər kəsə pivə alacam. Evimin yaxınlığında parad təşkil edəcəm.
Sizə necə sərlövhələr hədiyyə etdim! Təhqiqatın necə nəticələnəcəyinə baxarıq, indi mən, ümumiyyətlə, bu məsələ haqda heç nə düşünmürəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Fevral 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri