Icma.az
close
up
RU
Klopp Mançester Yunayted in təklifini geri çevirdiyini açıqladı Ronaldu ilə Poqbanı geri qaytarmaq...

Klopp Mançester Yunayted in təklifini geri çevirdiyini açıqladı Ronaldu ilə Poqbanı geri qaytarmaq...

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Liverpul"un sabiq baş məşqçisi Yürgen Klopp "Mançester Yunayted"i çalışdırmağa yaxın olub. 

Fanat.Az xəbər verir ki, söhbət 2013-cü ildən - 26 il "qırmızı şeytanlar"ın sükanı arxasında olan Ser Aleks Ferqyusonun komandadan ayrılmasından sonrakı dövrdən gedir. 

Bu barədə Klopp özü "Diary" podkastına açıqlamasında məlumat verib. Almaniyalı mütəxəssis ingilislərin təklifini geri çevirməsinin səbəbini də açıqlayıb: 

"Bəli, Ser Aleksin ayrıldığı il onlarla danışıq aparırdım. Təbii ki, onlar maraqlı idilər, mən də cəlbedici təklifə "hə" deyə bilərdim, çünki gənc idim. Eyni zamanda "Borussiya Dortmund"da sensasiyalı komandam var idi. Məncə, vaxt yanlış idi: müqaviləm var idi. 

Təklifi geri çevirməyimin əsas səbəbi “Old Trafford”da mənə təklif olunan layihədən razı qalmamağım oldu. Onlar mənə xoşlamadığım şeyləri deyirdilər. “Mançester Yunayted” bütün ən yaxşı oyunçuları bir araya toplamaq istəyirdi, lakin bu, mənim planıma daxil deyildi. Mən Pol Poqbanı və ya Kriştianu Ronaldunu geri qaytarmaq istəməzdim. 2013-cü ildə ideya ən yaxşıları bir araya gətirmək idi, lakin bu, mənim fikrimcə, düzgün variant deyildi”.

Xatırladaq ki, Klopp 2015-2024-cü illər aralığında "Liverpul"u çalışdırıb. O, yanvarın 1-dən "Red Bull" şirkətinin qlobal futbol əməliyyatlarının rəhbəri postundadır.

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://fanat.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see185

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see183

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see178

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see175

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see155

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see153

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see139

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see137

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see130

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see128

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see124

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see120

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see120

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri