Kloppun təyinatı bu gün açıqlanacaq
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yurgen Klopp tezliklə Almaniya milli komandasının baş məşqçisi postuna gətiriləcək.
Sportal.az xəbər verir ki, jurnalistlər Fabritsio Romano və Florian Plettenberqin məlumatına görə, Almaniya Futbol İttifaqı və 59 yaşlı mütəxəssis Nyu-Yorkda baş tutan danışıqlardan sonra prinsipial razılığa gəliblər.
Tərəflər 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqaviləni razılaşdırıblar. Hazırda sazişin yalnız son detallarını həll etmək qalıb.
Həmçinin Kloppun "Red Bull" şirkətindən ayrılışı ilə bağlı prosesi tam yekunlaşdırması lazımdır. Gözlənilir ki, o, yaxın vaxtlarda şirkətin baş direktoru Oliver Mintslaff ilə sonuncu danışıqları aparacaq və bundan sonra bütün rəsmi məsələlər öz həllini tapacaq.
Plettenberqin məlumatına görə, Almaniya Futbol İttifaqı Yurgen Kloppla razılığın əldə olunduğunu rəsmən bu gün elan etməyi planlaşdırır.
saytlarin hazirlanmasi
Baxış sayı:139
Bu xəbər 11 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















