Kloze Emreli ilə haqda: Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur
Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emreli ilə son oyunlardakı çıxışı ilə bağlı ciddi danışdığını bildirib.
Sportal.az xəbər verir ki, “Bild”ə açıqlama verən Kloze Emreli haqda bunları deyib:
"Mən ona kompakt oynamağın və və daha da intensiv məşqlərin nə qədər vacib olduğunu söylədim. O, hər şeyi başa düşür. Mən çoxlu müsbət məqamlar görürəm. Lakin bu o demək deyil ki, “Kölnə” qarşı keçiriləcək matçda hər şey düzələcək”.
Almaniyalı mütəxəssis millimizin üzvünün meydanda nümayiş etdirdiyi hərəkətlərinə də toxunub: "Ona dedim ki, mənim üçün xüsusi bir şey etməyə ehtiyac yoxdur. Effektli olmaq lazımdır. Çünki əhvalınız pisdirsə, az qaçırsınızsa, o zaman bu dabanla etdiyiniz fəndlərinin heç bir faydası olmayacaq. Oyuna qayıtmağın yeganə yolu intensivlik və hərəkətdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















