Klub prezidenti meydanda baş məşqçiyə qulaq burması verdi FOTOlar
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İngiltərə Premyer Liqasının 36-cı turunun "Nottingem Forest" - "Lester" oyunundan sonra qalmaqal baş verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, meydan sahibləri əsas liqanı tərk etməyi dəqiqləşən komanda ilə oyunda vacib 2 xaldan olublar.
Bu nəticə ilə "Nottingem"in Çempionlar Liqasına vəsiqə verən pilləni tutmaq üçün şansı xeyli azalıb.
Xal itkisi klubun yunanıstanlı sahibi Evangelos Marinakisin əsəblərini tarıma çəkib. O, matç bitər-bitməz meydana enib və portuqaliyalı baş məşqçi Nuno Espirito Santonu möhkəm danlayıb.
Qeyd edək ki, "Nottingem Forest" - "Lester" qarşılaşması 2:2 hesabı ilə başa çatıb. Mövümün başa çatmasına 2 tur qalmış "Nottingem Forest" 62 xalla 7-ci yeri tutur.
"Lester"ə qalib gələcəyi təqdirdə, komanda 63 xalı olan "Çelsi" və "Aston Villa"nı qabaqlayacaqdı və ÇL-ə vəsiqə verən 5-ci pilləyə yüksələcəkdi.
Hüseyn
Milli.Az
Baxış sayı:126
Bu xəbər 13 May 2025 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















