Klub sahibi hamama çağırıb, getməyib: “Neftçi”nin sabiq baş məşqçisi buna görə qovulubmuş
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Ukraynalı qapıçı Dmitri Bezotosnı Zaporojye “Metallurq”unda çıxış etdiyi dönəmi xatırlayır.
Publika.az xəbər verir ki, o, “Qəbələ” və “Neftçi”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun “poladçılar”ın baş məşqçisi vəzifəsindən qovulmasının təfərrüatlarını danışıb.
“2009/2010-cu il mövsümündə biz Donetsk “Metallurq”unu evdə məğlub etmişik – 2:1. Yaxşı rəqib, paltardəyişmə otağında eyforiya var. Prezident Dvoretski paltardəyişmə otağına girir və deyir: “Ən pis oyun”.
Qriqorçuk Zaporojyeyə gələndə isə bir şərt var idi – prezident məşqə, prosesə qarışmayacaq. Qriqorçuk onun cavabını verdi, bu da futbolçuların xoşuna gəldi.
Prezident gecə saat bir radələrində bazadakı hamamda buxarlanırdı və Qriqorçuku söhbətə çağırmaq istəyirdi. Roman İosifoviç bildirib ki, hazırda ailəsinin yanındadır və sabah danışmağa hazırdır. Telefonu asıb yatağa gedib. Ertəsi gün Qriqorçuk bazadan əşyalarını yığıb getdi.
Lakin azarkeşlər prezidentə təzyiq göstərdilər, çünki o olmasaydı, nəticələr tamam başqa cür olardı. Stadionda Qriqorçukun olduğu pankartlar olub. Nəticədə Roman İosifoviç bir ay sonra geri qaytarıldı. Sonra klub sahiblərini dəyişdi”, – Bezotosnı deyib.
Baxış sayı:102
Bu xəbər 11 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















