Icma.az
close
up
RU
Klub sayı 12 oldu: Amma öz stadionlarında oynamırlar SƏBƏB

Klub sayı 12 oldu: Amma öz stadionlarında oynamırlar SƏBƏB

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uzun illər ərzində Azərbaycan Premyer Liqasında komanda sayının az olması tənqid olunurdu.

İstər azarkeşlər, istərsə də ekspertlər liqada yenidən 12 klubun mübarizə aparmasını təklif edirdilər. Nəhayət, Premyer Liqamızdakı klub sayı 12-yə yüksəldi. Lakin keçirilən oyunların səviyyəsi və çempionata maraq cəhətdən ciddi təsir görmədik.

Bunun da ən böyük səbəbi matçların böyük əksəriyyətinin paytaxtda keçirilməsidir. Çünki klubların çoxu təmsil etdikləri şəhərlərdə oynamırlar. Əlbəttə ki, bu da onların ev oyunlarındakı azarkeş sayına birbaşa təsir edir. 

Futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Premyer Liqa klublarının bəzilərinin öz stadionlarında oynamaması böyük problemdir:

“Məsələn, “İmişli” Qubada oynayır. İmişlidən Qubaya gəlmək üçün 400 kilometrdən çox məsafə qət etmək lazımdır. Həmçinin “Karvan” da Şamaxıda oynayır. Onlar yaxın gələcəkdə bu problemi həll etməlidirlər. Əminəm ki, bu iki klub öz meydanlarında oynasalar, həmin stadionlarda anşlaq olacaq. Klubların köçəri həyat yaşaması liqaya öz mənfi təsirini göstərir. 

Yəqin ki, “İmişli” bu mövsümün sonuna kimi Qubada və ya alternativ variant olaraq yenidən Şamaxıda oynayacaq. Ancaq “Karvan”ın stadionu bərpa olunduqdan sonra matçlarını Yevlaxda keçirə bilər. Hazırda stadionda bəzi çatışmazlıqlar var və bu barədə işlər aparılır. Hətta “Karvan”ın noyabr və ya dekabrda öz stadionda oynama ehtimalı var”.

Mütəxəssis öz meydanında oynamayan digər klublardan da danışıb:

“Ağdamda “İmarət” stadionu tikiləndən sonra “Qarabağ” orada oynayacaq. “Araz-Naxçıvan” isə artıq üçüncü mövsümdür Premyer Liqaya qayıdıb, amma hələ də oyunlarını Mərdəkanda keçirir. Naxçıvan şəhər stadionu yenidən qurulandan sonra onlar da öz şəhərlərinə köçəcəklər. 

Həmçinin, “Kəpəz” qış fasiləsindən sonra artıq Qəbələdə yox, Gəncədə doğma stadionunda oynayacaq. “Turan Tovuz”un stadionunda da artıq qazon işləri başa çatıb. Oktyabrdın sonundan etibarən “Turan”da Bakıdan Tovuza qayıda biləcək. 

Bütün bunlar isə Premyer Liqaya öz müsbət təsirini göstərəcək. Yəni klubların doğma şəhərlərində oynaması tribunalarda azarkeş saylarının yüksəlməsinə səbəb olacaq”.Həmsöhbətimiz diqqətə çatdırıb ki, stadionlardakı işlərin zamanında başa çatmaması klubların problemidir:

“Mövsüm başlamadan bu problemlər öz həllini tapmalı idi. Görünür, klubların da burada səhlənkarlığı var. Çünki müəyyən işləri vaxtında görmək lazımdır”.

Onun sözlərinə görə, gələcəkdə Mingəçevir və Zaqatala klubları da Premyer Liqada çıxış edə bilər:

“Hazırda Birinci liqada qüvvələr nisbətinə görə, “Mingəçevir”, “Səbail” və “Şəfa” arasında Premyer Liqaya yüksəlmək uğrunda mübarizə gedir. Mən “Mingəçevir”in əsas liqamıza yüksəlməyini çox istərdim. Çünki Mingəçevir hələ Sovet dövründən etibarən futbol bölgəsi kimi tanınıb. 

Orada azarkeşlərin futbola marağı çox böyükdür. Həmçinin, Zaqatala da yaxın illərdə Premyer Liqada təmsil oluna bilər. O bölgədə də futbola maraq və infrasrtuktur var.

Yəni bölgə cəhətdən Premyer Liqada Mingəçevir və Zaqatala klublarının da olması liqamızda futbol coğrafiyasının genişlənməsinə səbəb olar”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Premyer Liqa

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri