Klubda qaldı, maaşı artdı FOTO
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
“Qalatasaray”da gələcəyi uzun müddətdir müzakirə mövzusu olan Mario Lemina ilə bağlı gözlənilən qərar verilib. Qabonlu yarımmüdafiəçinin komandada qalıb-qalmayacağı məlum olub.
Metbuat.az xəbər evrir ki, ötən mövsüm nümayiş etdirdiyi performansla komandanın əvəzolunmaz simasına çevrilən Lemina üçün baş məşqçi Okan Buruk müsbət rəy verib. Təcrübəli mütəxəssisin hesabatından sonra hərəkətə keçən sarı-qırmızılı rəhbərlik futbolçu ilə maaş mövzusunda ortaq məxrəcə gəlib.
Klub rəhbərliyinin 31 yaşındakı yarımmüdafiəçinin illik maaşını artırdığı açıqlanıb. Tərəflər 2 illik yeni sözleşmə imzalamağa hazırlaşır. Yeni müqaviləyə əsasən, Leminanın illik məvacibi 3,5 milyon vvro olacaq.
“Qalatasaray”ın orta sahəsindəki oyun yükünü çəkən ulduz futbolçunun yeni mövsümdə də çempionluq yolunda komandanın ən mühüm silahlarından biri olması gözlənilir.

Baxış sayı:144
Bu xəbər 07 İyul 2026 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















