Klublararası dünya çempionatında ilk iki 1/8 finalçı müəyyənləşdi Yenilənib
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-da keçirilən klublararası dünya çempionatının ilk iki 1/8 finalçısı müəyyənləşib.
QOL.az xəbər verir ki, "Bavariya" (Almaniya) və "Flamenqo" (Braziliya) pley-off mərhələsinə vəsiqəni təmin edib.
C qrupunda yarışan "Bavariya" 2-ci turda "Boka Xuniors"a (Argentina) qalib gəlib - 2:0. Qolları Harri Keyn (18) və Maykl Olise vurublar. Bununla da almanlar xalını 6-ya yüksəldib və son turun nəticəsindən asılı olmayaraq qrup mərhələsini adlamağı bacarıb.
D qrupunda yarışan "Flamenqo" isə "Çelsi"ni (İngiltərə) məğlub etməklə xalını 6-a yüksəlib və 1/8 finala vəsiqə qazanıb. Oyundan qolları Rio təmsilçisindən Bruno Enrike (62), Danilo Luis da Silva (65), Uollan Yan (83), London klubundan isə Pedru Netu (13) vurublar.
"Flamenqo"da çıxış edən "Qarabağ"ın sabiq hücumçusu Juninyo ilk turda olduğu kimi, bu matçda da sonadək ehtiyatda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 İyun 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















