“Klublararası dünya çempionatını qazanmaq mövsümü uğurlu etməyəcək”
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klublararası dünya çempionatından danışıb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis mətbuat konfransında deyib:
“Bir çox dəfə demişəm – bu mövsüm uğursuz alındı. Dünya çempionatını qazanmaq bunu dəyişməyəcək. Hazırda mənim məqsədim turniri qazanmaq deyil, yarışda mümkün qədər uzun müddət qalmaqdır.
Artıq buradayıqsa, fürsətdən maksimum yararlanmaq istəyirəm. Bu turnirdə iştirak etmək hər dörd ildən bir mümkündür. Ona görə də maksimum irəliləmək niyyətindəyəm”.
Xatırladaq ki, “Mançester Siti” 2024/25 mövsümündə heç bir titul qazana bilməyib. "Şəhərlilər" klublararası dünya çempionatında isə ilk turdan sonra G qrupunda ikinci pillədə qərarlaşıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 22 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















