Klublararası dünya çempionatının oyunu yarımçıq dayandırıldı VİDEO
Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-da təşkil olunan futbol üzrə klublararası dünya çempionatında xoşagəlməz hadisə yaşanıb.
Braziliyanın "Palmeyras" və Misirin "Əl-Əhli" komandaları arasında görüş 62-ci dəqiqədə yarımçıq dayandırılıb.
Buna səbəb hava şəraitinin kəskin pisləşməsi və qasırğa təhlükəsinin yaranması olub.
Azarkeşlərə tribunaları təcili tərk etmək və təhlükəzlik sığınacaqlarına yerləşmək göstərişi verilib.
Oyun yarımçıq dayandırdığı məqamda "Palmeyras" hesabda 2:0 öndə olub.
Matç Nyu-Cersi ştatının İst-Raterford şəhərində keçirilir.
Qaydalara görə, 30 km radiusda qasırğa başlayırsa, tədbirə 20-30 dəqiqə fasilə verilməlidir. Daha sonra oyunun davam edib-etməyəcəyi barədə yekun qərar verilir.
Təşkilatçılar təxminən 50 dəqiqəlik fasilədən sonra oyunun davam etdirilməsinə icazə veriblər.
Offsideplus.az
Baxış sayı:102
Bu xəbər 20 İyun 2025 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















