Klublararası dünya çempionluğu üçün bu 32 komanda yarışacaq Siyahı
Icma.az, Qol.az saytına istinadən bildirir.
Futbol üzrə klublar arasında keçiriləcək dünya çempionatının sonuncu iştirakçısı da müəyyənləşib.
QOL.az xəbər verir ki, bu, Brazliyanın “Botafoqo” komandası olub. Rio-De-Janeyro təmsilçisi dünən Libertadores kubokunun finalında “Atletiko Mineyro”ya (Braziliya) qalib gəlməklə (3:1) bu hüquqa yiyələnib.
Klublararası növbəti dünya çempionatı 2025-ci ildə (15 iyun - 13 iyul) ABŞ-da keçiriləcək. Tarixdə ilk dəfə həmin yarışda 32 klub iştirak edəcək.
Həmin klublar aşağıda adları qeyd edilənlərdir:
"Çelsi" (İngiltərə)
“Mançester Siti" (İngiltərə)
“Real" (Madrid, İspaniya)
“Atletiko" (İspaniya)
“Bavariya" (Almaniya)
“Borussiya" (Dortmund, Almaniya)
PSJ (Fransa)
“İnter" (İtaliya)
“Yuventus" (İtaliya)
“Porto" (Portuqaliya)
“Benfika" (Portuqaliya)
“Zalsburg" (Avstriya)
“Palmeyras” (Braziliya)
“Flamengo” (Braziliya)
“Fluminense” (Braziliya)
“Botafoqo” (Braziliya)
River Pleyt” (Argentina)
“Boka Xuniors” (Argentina)
“Monterrey” (Meksika)
“Leon” (Meksika)
“Paçuka” (Meksika)
“Sietl Saunders” (ABŞ)
“İnter Mayami” (ABŞ)
“Əl Hilal” (Səudiyyə Ərəbistanı)
“Urava Red” (Yaponiya)
“Əl Ain” (Birləşmiş Ərəb Əmirlikləri)
“Ulsan” (Cənubi Koreya)
“Əl-Əhli” (Misir)
“Vidad” (Mərakeş)
“Sandaunz” (Cənubi Afrika)
“Tunis” (Tunis)
“Oklend Siti” (Yeni Zelandiya)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 01 Dekabr 2024 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















