Icma.az
close
up
RU
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? 2,5 milyon xərclənəcək

“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? 2,5 milyon xərclənəcək

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Aznof” MMC (VÖEN – 1001806271) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müsabiqənin şərtlərinə görə, “Aznof” MMC KOBİA-nın sifarişi ilə “Gəncə KOB evi”nin tikinti işlərini davam etdirəcək və qarşılığında 2 milyon 528 min 609 manat 32 qəpik alacaq.
Qeyd edək ki, KOBİA ötən ilin may ayında “Aznof” MMC ilə “Gəncə KOB evi”nin tikinti işləri barədə 2 milyon manat dəyərində müqavilə imzalayıb.
Məlumat üçün bildirək ki, son 2 ildə KOBİA ilə 4,5 milyon manat dəyərində müqavilə imzalayan “Aznof” MMC 13 iyul 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr. ev 189-da yerləşir. MMC-nin qanuni təmsilçisi Murtuzova Sevda İsgəndər qızıdır.
Xatırladaq ki, 19 aprel 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi saytında “Gəncədə Kiçik və Orta Biznes (KOB) evi inşa edilir” sərlövhəli məlumat dərc olunub. Məlumatda bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə KOB evi”ndə aparılan tikinti işləri ilə yerində tanış olub. Şəhər rəhbərinə məlumat verilib ki, 2 183 kv.m. tikinti sahəsi olan “Gəncə KOB evi” 2 mərtəbədən və zirzəmidən ibarətdir. Xəbərdə tikilməkdə olan “Gəncə KOB evi”nin fotoları da yer alıb. Xəbərdə o da qeyd olunub ki, “Gəncə KOB evi”nin 2023-cü ilin sonunda fəaliyyətə başlaması nəzərdə tutulub.
Eyni zamanda, KOBİA İdarə heyətinin sədri Orxan Məmmədov 2023-cü ildə verdiyi müsahibədə bildirib ki, “Gəncə KOB evi”nin ilin sonunda istifadəyə verilməsi planlaşdırılır.
Yayılan məlumatdan belə görünür ki, KOBİA “Aznof” MMC ilə satınalma müqaviləsi imzalamazdan bir ilə əvvəl tikinti işlərinin böyük bir hissəsi başa çatıb.
Onu da qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir. Qanunun tələblərindən də göründüyü kimi, tikinti ilə bağlı işlərin görülməsi məxfi məlumat hesab oluna bilməz.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda. Bu səbəbdən də, KOBİA-nın satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil.
KOBİA-nın satınalma müqaviləsi imzaladığı “Aznof” MMC-nin dövlət büdcəsinə də vaxtında ödənilməyən 7 min 93 manat 18 qəpik vergi borcu var. “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
“Aznof” MMC KOBİA ilə imzaladığı satınalma müqaviləsinin icrasına avqust ayının 21-dən başlayıb. Belə görünür ki, MMC-nin müqavilə imzalayan zaman vergi borcu olmayıbsa, o zaman 9 min manatlıq borc son 4 gün ərzində yaranıb.
Elnur Əli
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri