Kobaxidze Bakıya gələcək KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün oktyabrın sonunda Azərbaycana səfər edəcək.
KONKRET.az Report-a istinadla xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirmək niyyətindədirlər: “Biz çox şadıq ki, iclası təşkil etmək mümkün oldu. Gürcüstanın Baş nazirini gözləyirik və strateji tərəfdaşlıq ruhunda irəliləməyimizə kömək edəcək ikitərəfli münasibətlərin bütün aktual məsələlərini müzakirə etməyə ümid edirik”.
G.Zakaraşvili Azərbaycan və Gürcüstanın xarici siyasət idarələri arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçirilməsi perspektivlərini şərh edib.
O xatırladıb ki, hər iki ölkənin xarici işlər nazirləri Hökumətlərarası Komissiyanın tərkibinə daxildirlər və qarşıdan gələn iclas çərçivəsində aktual məsələləri müzakirə edə biləcəklər:
“Ümid edirəm ki, onlar həm nazirlər səviyyəsində, həm də xarici Işlər nazirlikləri arasında məsləhətləşmələrin keçirilməsinin daha konkret tarixlərini razılaşdıracaqlar”.
Baxış sayı:124
Bu xəbər 21 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















