Kobaxidze BBC ni cəfəngiyyat yaymaqda ittiham edib
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Vaxtilə çox nüfuzlu televiziya kanalı olan BBC indi cəfəngiyyat yayır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Daxili İşlər Nazirliyi telekanalın yaydığı yalanlar barədə ətraflı məlumat açıqlayacaq.
“Təəssüf ki, BBC tərəfindən tamamilə yalan məlumat yayılıb. BBC Gürcüstandakı feyk televiziya kanalları ilə eyni standartlara əsaslana bilməz”, - Kobaxidze əlavə edib.
Qeyd edək ki, BBC-nin süjetində ötən il Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Hakim “Gürcü Arzusu” partiyası telekanalı böhtana görə beynəlxalq məhkəməyə verib, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialda yer alan məlumatlar üzrə istintaqa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Dekabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















