Kobaxidze: Bu qətnamə Gürcüstana qarşı növbəti hücumdur
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Avropa Parlamentinin qətnaməsi Gürcüstan dövlətinə qarşı növbəti hücumdur və bizə eyni qüvvələr tərəfindən idarə olunan 9 illik ağır rejimi xatırladır.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Dubayda jurnalistlərə açıqlamasında Avropa Parlamentinin qəbul etdiyi qətnamədən danışarkən deyib.
O, bunu Gürcüstan dövlətinə və medianın müstəqilliyinə qarşı növbəti hücum adlandırıb.
“Bu qətnamənin bizim üçün heç bir dəyəri yoxdur. Bu, artıq altıncı ədalətsiz sənəddir və Gürcüstan dövlətinə qarşı növbəti hücumdur”, – deyə Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, bu cür qərarlar Avropa bürokratiyasının nüfuzuna Gürcüstan cəmiyyətinin gözündə mənfi təsir göstərir.
“Bu, bizə 9 illik ağır rejimi xatırladır. O dövrdə ölkəni idarə edən qüvvələr bu gün Avropa Parlamentində belə qətnamələr qəbul etdirirlər. Bu, çox təəssüf doğuran hadisədir və Avropa bürokratiyasının nüfuzuna ciddi zərbə vurur”, – deyə o əlavə edib.
Kobaxidze ümid etdiyini bildirib ki, gələcəkdə Avropa İttifaqı və onun institutları daha sağlam siyasət yürüdəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















