Kobaxidze: Çevriliş planı alınsaydı, hakimiyyətə o gələcəkdi
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“Əgər hakimiyyətin devrilməsi cəhdi uğurlu olsaydı, Salome Zurabişvili prezident sarayına daxil olmaq üçün hazır idi, amma bu cəhd uğursuz oldu”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Kobaxidze sabiq prezident Salome Zurabişvilinin açıqlamasına da münasibət bildirib. Zurabişvili söyləmişdi ki, oktyabrın 4-də keçirilən seçkilər zamanı “müxalifət tərəfindən prezident sarayına basqın” hökumət tərəfindən hazırlanmış ssenari idi.
İrakli Kobxidzenin sözlərinə görə, Salome Zurabişvili məyusdur və indi özünü müdafiə etməyə çalışır:
“Bu bizim üçün maraqlı deyil, danışa bilərlər, nə qədər istəyirlər. Əsas odur ki, hakimiyyəti devirməyə cəhd uğursuz oldu. Son dörd il ərzində beş dəfə inqilab cəhdi oldu, beşi də uğursuzluqla nəticələndi. Əlbəttə, bu, Salome Zurabişvilini məyus edib, buna görə də özünü müdafiə etməyə çalışır”.


