Kobaxidze erməni nazirlə Cənubi Qafqazda sülhü müzakirə etdi
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Gürcüstanın Baş naziri İrakli Kobaxdize Tbilisidə rəsmi səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarqsyanla görüşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidmətindən bildirilib.
Görüşdə Gürcüstanla Ermənistan arasında dostluq və mehriban qonşuluq münasibətləri, eləcə də iki ölkənin hüquq-mühafizə orqanları arasında sıx və səmərəli əməkdaşlıq nəzərdən keçirilib.
Tərəflər Cənubi Qafqazda davamlı sülhün xüsusi əhəmiyyətini vurğulayıblar. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması üzrə danışıqların yekunlaşması müsbət qiymətləndirilib və sənədin yaxın vaxtlarda imzalanacağına ümid ifadə olunub.
İ.Kobaxidze Gürcüstan hökumətinin dialoqu təşviq etməyə, bölgədə sülh və sabitliyin təminatına töhfə verməyə hazırlığını bir daha təsdiqləyib.
Görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze də iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 21 İyul 2025 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















