Kobaxidze: Gürcüstan regionda sabitliyin və inkişafın lider dövlətidir
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ölkənin düşünülmüş və prinsipial xarici siyasəti sayəsində Gürcüstan bu gün regionda sabitlik və tərəqqi baxımından lider dövlətdir.
Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir bildirib ki, Gürcüstan hökumətinin əsas prioriteti deokkupasiya, ərazi bütövlüyünün dinc yolla bərpası, sülh və inkişafdır.
"Son 5 il, xüsusilə də son 3 il ölkəmiz üçün çoxsaylı çağırışlarla dolu oldu və bu dövrdə gürcü diplomatlarının rolu xüsusilə önəmli idi. Biz qürur duyuruq ki, bu illər ərzində Gürcüstanın diplomatik korpusu və Xarici İşlər Nazirliyi milli maraqlara prinsipial və qürurla xidmət edib. Hər bir səfirə və nazirlik əməkdaşına bunun üçün xüsusi təşəkkürümü bildirirəm", – deyə Kobaxidze qeyd edib.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 12 Noyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















