Kobaxidze: Gürcüstanın valyuta ehtiyatları tarixi maksimuma çatıb
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstanın valyuta ehtiyatları 7,1 milyard ABŞ dollarına çataraq tarixi maksimum göstəricini yeniləyib.
XQ xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə görə, ölkədə iqtisadi artımla yanaşı, valyuta ehtiyatları da artır və bu istiqamətdə Gürcüstan Milli Bankı aktiv fəaliyyət göstərir.
O qeyd edib ki, ötən ay valyuta ehtiyatlarının həcmi 7,1 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
İ.Kobaxidze bildirib ki, illik müqayisədə valyuta ehtiyatları 52 % artıb və o bunu həm ölkənin iqtisadi uğurlarının, həm də Milli Bankın fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Onun sözlərinə görə, hökumət iqtisadiyyat və maliyyə sektorunda müşahidə olunan müsbət tendensiyaların qorunub saxlanılması üçün fəaliyyətini davam etdirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Avqust 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















