Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdə dəyişikliklərin ediləcəyi və istefası verəcəyi barədə yayılan məlumatları cəfəngiyat adlandırıb.
APA-nın yerli bürosu xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ona hər üç aydan bir istefası ilə bağlı sual verildiyini deyib.
Baş nazir bu sualı üç aydan sonra ona yenidən veriləcəyini gözlədiyini əlavə edib.
Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradzenin Baş nazir postunu tutacağı barədə yayılan informasiyaların böhtan olduğunu bildirib.
Qeyd edək ki, Gürcüstanın bəzi müxalifyönlü KİV-ləri hökumətdə dəyişikliklərin ediləcəyi barədə məlumatlar yayıb. Hakim komanda üzvləri isə hökumət dəyişiklikləri ilə bağlı hər hansı bir plan və ya ideyanın olmadığını bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Sentyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















