Kobaxidze: “Ölkə müxalifəti ilə heç bir danışıq aparılmayacaq” Yeni Çağ Media
Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.
“Gürcüstanda sabitliyi bərqərar etmək üçün müxalifətlə heç bir danışıq aparılmayacaq. Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır”.
Yenicga.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 2-də axşam saatlarında keçirdiyi mətbuat konfransında söyləyib. O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.
Qeyd edək ki, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub./Azertag/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 02 Dekabr 2024 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















