Kobaxidze: Ukrayna Gürcüstandan Rusiya ilə müharibəyə qoşulmağı tələb edib
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Ukraynanın yüksək vəzifəli rəsmi şəxsləri Gürcüstandan Rusiya ilə müharibədə “ikinci cəbhə” açmağı açıq şəkildə tələb ediblər”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açılqmasında deyib.
Onun sözlərinə görə, həmin şəxslər Ukraynanın Milli Təhlükəsizlik Şurasının katibi, prezidentin baş məsləhətçisi, parlament üzvləri və digərləri olub.
İ.Kobaxidze qeyd edib ki, Gürcüstan müharibəyə qoşulmaqdan imtina edəndən sonra Kiyev cavab olaraq Gürcüstandakı səfirini geri çağırdı.
“Ukrayna rəsmilərinin tələbini Polşanın keçmiş prezidentinin bəyanatı da əlavə olaraq təsdiqləyir”, - Baş nazir əlavə edib.
Qeyd edək ki, Polşanın sabiq dövlət başçısı Anjey Duda ötən gün bəyan edib ki, Ukrayna 2022-ci ilin noyabrında Varşavanı Rusiya ilə hərbi münaqişəyə sürükləməyə çalışıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















