Kobaxidze: “Xarici güc yenidən Rustavelidə nifrəti qızışdırır”
Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
"9 aprel həm də azadlıq ideyasının köləliyə qalib gəldiyi gündür”
“9 aprel tarixi xarici dövlətin Gürcüstan vətəndaşlarına qarşı zorakılıq tətbiq etdiyi gündür”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"9 aprel həm də azadlıq ideyasının köləliyə qalib gəldiyi gündür. Ona görə də bu gün biz hər zamankından daha çox özümüzü hər hansı zorakılıqdan uzaq tutmalı, nifrətə qalib gəlməli və azadlıq ideyasını müdafiə etməliyik. Bu gün, 9 aprel faciəsindən 36 il sonra xarici güclər Rustaveli prospektində yenidən zorakılığa çalışır. Və bu gün də Rustaveli prospektində əcnəbi bir güc nifrət yayır, sənətkarcasına Rustavelini qarışdırmağa cəhd edir. Gürcülər arasında birliyi pozur və azadlıq ideyasına qarşı mübarizə aparır. Lakin 9 aprel təcrübəsi bizə öyrətdi ki, xarici gücün mahiyyəti qısamüddətlidir və sevgi və azadlıq, şübhəsiz ki, nifrət və köləliyə qalib gələcək”, - Kobaxidze əlavə edib.
Baş nazir vurğulayıb ki, hakimiyyət bu hadisələrin ildönümündə hər hansı təxribatdan qaçacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















