Kobaxidzedən Ukrayna müharibəsi ilə bağlı sensasion etiraf: “Mümkün idi, amma…” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
“Ukraynada müharibənin qarşısını almaq mümkün idi”.
KONKRET.az xəbəır verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O bildirib ki, bir sıra qurumlar Rusiyanın Ukraynaya hərbi təcavüzünü asanlaşdırmaq üçün mümkün olan hər şeyi edib.
“Təəssüf ki, baş verənlər dost ölkəmiz Ukrayna üçün dağıdıcı nəticələrə səbəb oldu. Təbii ki, istənilən müharibənin qarşısını almaq mümkündür. Gürcüstandakı 2008-ci il müharibəsindən, eləcə də Ukraynadakı savaşdan qaçmaq olardı. Lakin bəzi qüvvələr, qondarma prezident Salome Zurabişvili, eləcə də qlobal müharibədən maraqlı olan dərin dövlətlər müharibənin başlaması üçün hər şeyi etdilər. Gürcüstanda Ukrayna ssenarisinin inkişafının qarşısı isə “Gürcü arzusu” tərəfindən alınıb. Hər şey bizi addım-addım müharibəyə aparırdı. Biz radikal müxalifətin tələbini təmin etmədiyimiz üçün Gürcüstanda Ukrayna ssenarisi təkrarlanmadı”, – deyə Kobaxidze vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Yanvar 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















