Icma.az
close
up
RU
Kobaxidzenin məktubu cavabsız QALDI Gürcüstanda gərginlik yenidən ALOVLANIR

Kobaxidzenin məktubu cavabsız QALDI Gürcüstanda gərginlik yenidən ALOVLANIR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Qonşu ölkədə yenə ara qarışıb. Gürcüstanın paytaxtı Tiflisdə müxalifət partiyaları, QHT-lər, tələbələr və onların tərəfdarlarının iştirakı ilə hökumət əleyhinə kütləvi aksiya keçirilir.
Aksiyaların oktyabrın 4-də keçiriləcək yerli özünüidarəetmə-bələdiyyələrə keçiriləcək seçkilər ərəfəsində təsadüfi deyil. Məlumdur ki, bütün seçkilər dövründə Gürcüstanda ciddi qarşıdurmalar olur. Yada salaq ki, ötən ilin oktyabrında keçirilən parlament seçkilərində ölkədə vəziyyət vətəndaş qarşıdurması həddinə qədər inkişaf etmişdi. Lakin son nəticədə “Gürcü arzusu” partiyası parlamentdə səs çoxluğunu təmin etdi.
 

MÖVZU İLƏ BAĞLI:
Kobaxidze ABŞ-ın Gürcüstana qarşı laqeydliyinə təəccübünü GİZLƏTMƏDİ


Bununla belə həmin günlərdə ölkədə vəziyyət kifayət qədər gərginləşmişdi. Xarici qüvvələrin təşkilatçılığı ilə QHT, media nümayəndələri açıq şəkildə hökümətin istefasını tələb edirdi. Lakin bütün təzyiqlərə, təxribatlara baxmayaraq nəticə dəyişmədi və bir müddət sonra vəziyyət yenidən sabitləşdi.
Bu günlərdə isə vəziyyət yenidən gərginləşib.
Tiflisin küçələri hər gün etirazçılarla dolur. Hədəfsə 4 oktyabrda müxalifətin qələbəsini təmin etmək və son nəticədə “Gürcü arzusu”nun 13 illik hakimiyyətinə son verməkdir. Bunun üçün etirazçılar bütün vasitələrdən istifadə etməyə çalışırlar. Məsələn, “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze hələ bir müddət əvvəl seçkilərdə Gürcüstandakı mövcud hakimiyyəti devirməyə söz verib:
“Oktyabrın 4-ü saat 16:00-da Respublika Meydanına toplaşacağıq, iqtidarın ələ keçirdiyi ölkəni geri alacağıq. 4 oktyabr təkcə etiraz günü deyil, tarixi qələbə günü olacaq”.

Bundan başqa vaxtilə hakim partiya olan “Vahid Milli Hərəkat”ın keçmiş sədri Levan Xabeişvili xalqı “dinc inqilaba” çağırıb.
O hətta Nepaldakı qanlı hadisələrindən sonra hakimiyyət dəyişikliyini xatırladıb:
“Mən hər kəsə müraciət etmək istəyirəm: gəlin Nepal nümunəsindən öyrənək və rejimin korrupsioner məmurlarının saraylarının fotoşəkillərini kütləvi şəkildə yayaq – bu, çox vacib ifşa olacaq”.
Qeyd edək ki, Xabeişvili bir müddət əvvəl dövlət rəsmilərinə və hüquq-mühafizə orqanlarının nümayəndələrinə rüşvət verməyə cəhdə görə həbs edilib.
Görünən odur ki, yaxın günlərdə Gürcüstanda həyat yenidən öz axarından çıxacaq. Artıq xarici dairələr də öz mövqelərini ortaya qoyurlar.
Xatırladaq ki, Gürcüstanın baş naziri bir müddət əvvəl Trampa məktub yazmışdı. Həmin məktubunda Kobixadze xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevlə, erməni baş nazir Nikol Paşniyanın Ağ Evə dəvətinə işarə edərək Trampa Gürcüstanı görməzdən gəlməməyə çağırmışdı.
Ağ Evdən bu məktuba heç bir reaksiya olmadı.
Bu da onu göstərir ki, ABŞ Gürcüstanla münasibətləri yenidən bərpa etməkdə maraqlı deyil. Qarşıdan gələn bələdiyyə seçkilərində Ağ Ev yəqin ki, öz təzyiqlərini göstərəcək.     
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu günlərdə jurnalistlərə açıqlamasında bildirib ki, bizim üçün, cəmiyyət olaraq, müşahidə etdiyimiz bu cür passivlik təəccüblüdür:
“Biz çox istəyirik ki, bu passivliyi başqa rejimə – aktiv rejimə çevirək və nəticə etibarilə strateji tərəfdaşlığın bərpası barədə danışmağa başlayaq. Ümid edirik ki, strateji tərəfdaşlıq yenidən nəzərdən keçiriləcək. Əgər münasibətlər möhkəmlənməsə, düşünürəm ki, Gürcüstan və ABŞ arasında münasibətlərin yenidən korlanmasının qarşısını heç nə almayacaq”.
Nəzərə alaq ki, rəsmi Tiflisə Qərbin təzyiqləri bununla bitmir.
Məsələn, Brüssel son vaxtlar Gürcüstanın siyasi dairələrinə təzyiqlərini artırıb. Səbəb isə LGBT-yə münasibətdir.
Mövzu ilə bağlı danışan Baş nazir deyib ki, Gürcüstanda heç kim Vətəndaş Qeydiyyatı Agentliyində rəsmi şəkildə cinsini dəyişə bilməyəcək.
Bu fikirləri Kobaxidze Brüsselin tövsiyələri, o cümlədən “Ailə dəyərləri və azyaşlıların müdafiəsi haqqında” qanun paketi və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı şərh verərkən səsləndirib:
“Sizə söz verirəm: əgər bir insan qadındırsa, o, kişi ola bilməz. Və əksinə. Bu, mənim vədimdir”.
Kobaxidze vurğulayıb ki, Brüsselin təzyiqlərinə baxmayaraq, Gürcüstan eynicinsli evliliklərin və cinsiyyətin dəyişdirilməsinin leqallaşdırılması ilə bağlı heç bir qərar qəbul etməyəcək və mövcud qanunların dəyişdirilməsi planlaşdırılmır.
Seçkinin nəticələri indidən bəllidir?
Məlumdur ki, bütün seçkilərdə Qərb bu cür tələblərlə Gürcüstanın üzərinə gəlib. İstənilən nəticə əldə edilmədikdə isə təxribatlar törədilib, seçkilərin nəticələri tanınmayıb. Təsadüfi deyil ki, Qərb artıq 4 oktyabr seçkiləri ilə bağlı mövqeyini ortaya qoyub. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) gələn ay Gürcüstana keçiriləcək seçkilərə müşahidəçi göndərməyəcək. Bəhanə isə çox bəsitdir. Guya Gürcüstan tərəfi ATƏT/DTHB-yə dəvəti çox gec göndərib.
Əslində isə bu bir mesajdır ki, qurum 4 oktyabr seçkilərinin nəticələrini tanımayacaq. Seçki ilə bağlı “hesabat”sa artıq hazırdır.
Görünən odur ki, yaxın 20 gündə Gürcüstanı çətin sınaq gözləyir. Bu sınaqdan gürcü xalqı və Gürcüstan dövlətinin necə çıxacağını isə zaman göstərəcək.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri