Icma.az
close
up
RU
KOBİA sədri: Ötən il KOB ların dövriyyəsi 48 milyard manatı ötüb

KOBİA sədri: Ötən il KOB ların dövriyyəsi 48 milyard manatı ötüb

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 dekabr, AZƏRTAC

“Dayaq” mükafatının təltifetmə mərasimi artıq ölkəmizin işgüzar tədbirlər təqviminin ayrılmaz hissəsinə çevrilib. Bu təşəbbüsü 3 il əvvəl irəli sürərkən əsas məqsədimiz nailiyyətləri ilə seçilən sahibkarları təqdir etmək, onların timsalında sahibkarlıq hərəkatını daha da genişləndirmək və dövlətin sahibkarlara olan dəstəyini bir daha nümayiş etdirmək idi.

AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Güc biznesdədir” devizi ilə keçirilən “Dayaq” mükafatının təqdim olunması mərasimində deyib.

Onun sözlərinə görə, KOB sektoru çoxşaxəli, dinamik bir sahədir və bu sahənin inkişafı dövlət qurumları, tənzimləyici orqanlar və biznes ictimaiyyətinin koordinasiyalı fəaliyyətini tələb edir.

“Bu gün bu zalda sahibkarlarla yanaşı, bir çox dövlət qurumlarının nümayəndələri də iştirak edirlər. Fürsətdən istifadə edərək, KOBİA ilə sıx əməkdaşlığa və sahibkarlığın inkişafına verdikləri dəstəyə görə onlara təşəkkürümü bildirirəm. Birgə fəaliyyətimizin real nəticəsi isə statistik göstəricilərdə aydın görünür. 2018-ci ildən bu günə qədər KOB subyektlərinin sayı təxminən 74 faiz artaraq 424 minə çatıb. KOB-lar tərəfindən yaradılan əlavə dəyər 10 milyard manatdan 21 milyard manata yüksəlib. Ötən il KOB-ların dövriyyəsi 48 milyard manatı keçərək qeyri-neft dövriyyəsinin 37 faizini təşkil edib. Bu ilin sentyabrında açıqlanan Qlobal İnnovasiya İndeksində Azərbaycan “Sahibkarlıq siyasəti və mədəniyyəti” göstəricisi üzrə 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb. Eyni zamanda, xarici kapitallı şirkətlər arasında aparılmış sorğuya əsasən, KOBİA sosial-iqtisadi inkişafın dəstəklənməsi baxımından dövlət qurumları arasında lider kimi qiymətləndirilib. KOBİA olaraq biz daxili idarəetmənin keyfiyyətinə də xüsusi önəm veririk və bu istiqamətdə həyata keçirdiyimiz ardıcıl tədbirlər sahibkar məmnuniyyətinin artırılmasına xidmət edir”, - deyə Orxan Məmmədov qeyd edib.

KOBİA sədri vurğulayıb ki, rəqəmsallaşma sahəsində də ardıcıl addımlar atılır, e-KOB evi platforması beta versiyada istifadəyə verilib və sahibkarlara biznesin planlaşdırılmasından inkişaf mərhələsinədək geniş elektron xidmətlər təqdim edilir: “Eyni zamanda, daha çox dövlət xidmətinin bu platformaya inteqrasiyası istiqamətində işlər davam etdirilir. Regionlarda sahibkarlığın inkişafı bizim üçün xüsusi prioritetdir. Bu il Füzuli və Kəlbəcərdə KOB Dostu ofisləri istifadəyə verilib, bununla da Qarabağ bölgəsində KOB Dostu şəbəkəsinin sayı 5-ə çatıb. Şuşa şəhərində KOB Evinin fəaliyyəti təmin olunub, Gəncə KOB evi isə yaxın vaxtlarda istifadəyə veriləcək. Bununla yanaşı, KOB İnkişaf Mərkəzləri tərəfindən təqdim olunan pulsuz təlim və konsaltinq xidmətləri, qrant proqramları, Startap şəhadətnamələri, iri ticarət şəbəkələrinə çıxış, eləcə də yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək mexanizmləri sahibkarların istifadəsindədir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Dekabr 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri