Icma.az
close
up
RU
KOBİA sədri: Qadın sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir

KOBİA sədri: Qadın sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 noyabr, AZƏRTAC

Qadın sahibkarların biznes fəaliyyətinə başlaması və genişləndirməsi üçün əlverişli mühitin yaradılması, eləcə də onların qarşılaşdığı maneələrin aradan qaldırılması müasir dünyamızda əksər hökumətlərin qarşısında duran çağırışlardan biridir.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə noyabrın 19-da “Qadın Sahibkarlığının İnkişafı Sammiti 2025” tədbirində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Onun sözlərinə görə, hətta qlobal səviyyədə belə 50 il bundan əvvəl öz şirkətini idarə edən qadın sahibkar ideyası əksər hallarda ambisiyalı xəyal kimi görünə bilərdi. Lakin bu gün qadınlar müasir texnologiyaların inkişafı fonunda müxtəlif sektorlarda öz bizneslərini yaradır və idarə edirlər: “Beynəlxalq araşdırma göstərir ki, ilkin mərhələdə daha az maliyyələşməsinə baxmayaraq, qadın startaplar sonradan kişi həmkarlarını performans baxımından üstələyir və 5 illik fəaliyyəti ərzində 10 faiz daha artıq gəlir yaradır. Həmçinin,qadın startaplar investisiyaların gəlirə çevrilməsi baxımından da daha effektiv olurlar və yatırılmış hər 1 dollar üzrə 78 sent gəlir əldə etməyi bacarırlar. Ölkəmizdə də qadın sahibkarlığın inkişafı dövlətin həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan qadınları bütün dövrlərdə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb, tarixən mərdliyi, müdrikliyi və sədaqəti ilə seçilib. 2025-ci il yanvarın 1-nə olan rəsmi məlumatlara əsasən, ölkəmizdə məşğul əhalinin 48 faizini qadınlar təşkil edir. 2025-ci ilin əvvəlinə olan göstəricilərə görə ölkəmizdə fəaliyyət göstərən fərdi sahibkarların 23,3 faizi qadınlardır”.

O.Məmmədov, həmçinin nəzərə çatdırıb ki, KOB sektorunda da kifayət qədər qadın sahibkarlar var. Belə ki, 2024-cü ildə təsisçisi qadın olan 2800-ə yaxın hüquqi şəxs KOB subyekti qeydiyyatdan keçib. Bununla da, təsisçisi qadın olan hüquq şəxs KOB-ların sayı 13 mini ötüb ki, bu da 2023-cü il ilə müqayisədə 9 faiz artım deməkdir.

Qeyd olunub ki, KOBİA olaraq qadın sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir. Qadınların KOB sektorunda geniş təmsilçiliyi inkluziv iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. 2022-ci ildə qəbul olunmuş mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında Azərbaycan Respublikasının Qanununda qadın sahibkarlığının təbliği təsbit olunub. Eyni zamanda, KOBİA-nın dəstəyi ilə Qadın sahibkarlığı üzrə milli standart hazırlanaraq qəbul olunub: “Ümumilikdə isə KOBİA 2 mühüm istiqamət üzrə qadın sahibkarlığın inkişafını təşviq edir. Belə ki, qadınlar həm KOBİA-nın təqdim etdiyi dəstək alət və mexanizmlərdən fəal şəkildə istifadə edirlər, həm də KOBİA özəl və dövlət tərəfdaşları ilə birgə sırf qadınlara yönəlik layihə və proqramlar həyata keçirir. Birinci istiqamət üzrə statistikaya nəzər salsaq, KOBİA tərəfindən 33 qadın sahibkara təqdim etdikləri layihə çərçivəsində qrant verilib. 32 qadın sahibkara 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edən “Startap” şəhadətnaməsi təqdim edilib. KOB İnkişaf mərkəzlərinin keçirdiyi təlim və məsləhət xidmətlərindən 23 minə yaxın qadın sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən qadın faydalanıb. Həmçinin 1000-ə qədər qadın sahibkarın isə xidmət və məhsullarının sərgilənməsinə dəstək göstərilib”, -deyə KOBİA sədri vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri